- Baxış sayı: 90
- 06 Noyabr 2026 11:16
- Baxış sayı: 307
- Noyabr 09, 2026
- 0

Qəbələ olimpiya kompleksində III MDB oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışları bitib.
Allsport.az xəbər verir ki, Rusiya komandası bu idman növündə 10 medal (9 qızıl, 1 gümüş) qazanaraq birinci olub. 6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.
Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla beşinci yeri tutub.