- Baxış sayı: 46
- 19 Mart 2026 12:56
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0
Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Qalatasaray”la qarşılaşıb. Subaşiçin klubu Super Liqanın liderinə 4 cavabsız qolla uduzub. Branimir matçın 46-cı dəqiqəsindən mübarizəyə qoşulsa da, komandasını darmadağından xilas edə bilməyib.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu aprel ayının 8-də keçiriləcək.