- Baxış sayı: 15
- 21 Noyabr 2024 17:24
- Baxış sayı: 98
- Noyabr 19, 2024
- 0
Allsport.az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov Astanada Qazaxıstana 2:3 hesabı ilə uduzduqları DÇ-2024-ün elit mərhələsinin oyunu barədə danışıb:
“Bakıda bu rəqibə qarşı daha yaxşı oynadıq və sübut etdik ki, istənilən komanda ilə mübarizə aparacaq gücdəyik. Bu qarşılaşmalar sanki bir-birini təkrarladı. Sadəcə, bəxtimiz gətirmədi. İdmanda bəxt amili çox vacibdir. Hər iki oyunda bəxt onların tərəfində oldu. Zalda da onlar üçün yaxşı atmosfer yaradılmışdı. Hakimlər də öz “sözlərini” dedilər. Əsas da Bakıdakı matçı qeyd edərdim. Hesab 1:2 olanda fitlə görüşü saxladılar, ancaq rəqibin topu “oğurlayıb” qol vurmasına göz yumdular. Bunun müqabilində rəqibdən “feyr-pley” nümunəsi gözləyirdik, təəssüf ki, etmədilər”.