- Baxış sayı: 15
- 31 Mart 2026 15:25
- Baxış sayı: 687
- Mart 30, 2026
- 0

“Sumqayıt” cənubi azərbaycanlı hücumçu Səid Rzanı transfer edib. Allsport.az saytı xəbər verir ki, onunla 1-illik müqavilə imzalanıb. Yeni futbolçu “23” nömrəli geyimdə çıxış edəcək.
Öncələr “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid, son olaraq “Aluminium”da (İran) oynayıb. O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub.