- Baxış sayı: 18
- 28 Noyabr 2024 17:52
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
Premyer liqanda mövsüm başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Sumqayıt” ölkə çempionatında 29 xal toplayaraq, 6-cı pillədə bitirib. Bu komandanı ilk 11 turda Nazim Süleymanov çalışdırıb. 12-ci turdan isə komanda Ayxan Abbasova həvalə edilib. “Kimyaçılar” arxada qalan 28 qarşılaşmada 8 qələbə, 5 heç-heçə və 15 məğlubiyyətə imza atıb. Bu oyunlarda komanda 24 qol vurub və qapısından 42 top buraxıb.
28 turda əsas komandada ümumilikdə 29 futbolçu çıxış edib. Arxada qalan mövsümdə “Sumqayıt”ın heyətində ən çox forma geyinmiş futbolçular – Aleksey İsayev (27 oyun, 2327 dəq.), Əli Babayev (25 oyun, 2133 dəq.), Cavid Tağıyev (25 oyun 1747 dəq.), Arif Daşdəmirov (24 oyun, 1911 dəq.) və Rail Məlikov (24 oyun, 1840 dəq.) olub.
Mövsümün yekununda “Sumqayıt”ın ən çox qol vuran futbolçusu adına 4 futbolçu namizəddi. Belə ki, Şəhriyar Əliyev (18 oyun, 1395 dəq.), Əfran İsmayılov (20 oyun, 1403 dəq.), Ülvi İsgəndərov (12 oyun, 442 dəq.) və Peyman Babayi (11 oyun, 745 dəq.) hərəyə 3 qol vurublar. Cavid Tağıyev (25 oyun, 2133 dəq.), Əmir Ağayev (7 oyun, 308 dəq.), Elvin Məmmədov (15 oyun 876 dəq.) və Atilla Yıldırım (16 oyun, 1114 dəq.) 2 dəfə, Nicat Qurbanov (17 oyun, 531 dəq.), Yusif Nəbiyev (21 oyun, 1729 dəq.) və Murad Xaçayev (7 oyun, 311 dəq.) isə 1 dəfə rəqib qapılarına yol tapmağı bacarıblar.