- Baxış sayı: 3
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 55
- Noyabr 28, 2024
- 0
Ölkə çempionatının 21-ci turunda səfərdə “Sabah”la qarşılaşacaq “Sumqayıt” məşqləri bərpa edib. Allsport.az saytı Futbolinfo.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında bu gün Sumqayıtda məşqə çıxıb. Zədəsini sağaldan Şəhriyar Əliyev artıq kollektivlə birlikdə çalışmağa başlayıb. Bərpa məşqi keçən Əmir Ağayev isə yüngül qaçışla kifayətlənib.
Təxminən 1.5 saat davam edən məşqdə əsasən fiziki gücün artırılması və müxtəlif toplu çalışmalara üstünlük verilib.
Qeyd edək ki, martın 15-də “Əlincə Arena”da keçiriləcək “Sabah” – “Sumqayıt” qarşılaşması saat 16:00-da başlayacaq.