- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini həll edib.
Allsport.az saytı xəbər verir ki, komandamız son çempionatı Özbəkistanın “Surxan Tərmiz” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı hücumçu 99 saylı geyimdə çıxış edəcək.
“Kimyagərlər” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Daşqını heyətinə qatıb.