- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Premyer liqanın 2-ci yarısı üçün “Sumqayıt” növbəti futbolçunun keçidini reallaşdırıb. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar” son olaraq Moldova “Dinamo-Avto”sunda çıxış etmiş Dmitri Nağıyevlə 2,5 illik müqavilə imzalayıb.
26 yaşlı yarımmüdafiəçi orada 21 oyun, 1 qol ilə yanaşı “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. O, U-21 millimizdə 2 oyun keçirib.