- Baxış sayı: 11
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Sumqayıt” premyer liqada yenilməz oyunlar zolağını 8-ə çatdırıb. Allsport.az saytı xəbər verir ki, 20-ci turun “Kəpəz”lə ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanan Samir Abbasovun komandası sonuncu dəfə 12-ci turda məğlub olub. 2017-ci il noyabrın 17-də “Qarabağ”la səfər matçında 0:2 hesabına üzülən “Gənclik şəhəri” təmsilçisi sonrakı 8 qarşılaşmada 5 qələbə qazanıb və 3 heç-heçə edib.
Bu, klub tarixində yeni rekorddu. Belə ki, 2011-ci ildən Azərbaycan çempionatlarının yüksək dəstəsində çıxış edən “Sumqayıt”ın ən uzun məğlubiyyətsiz seriyası 7-yə bərabər idi. 2016-cı ilin noyabrından 2017-ci ilin fevralınadək olan dövrdə komanda 4 qələbə qazanıb, 3 heç-heçə etmişdi. Ötən turda bir il əvvəlki rekordu təkrarlayan “kimyaşılar” Gəncə təmsilçi ilə görüşdə bu göstəricini yeniləyib.