- Baxış sayı: 37
- 11 Dekabr 2025 20:10
- Baxış sayı: 70
- Dekabr 11, 2025
- 0

Azərbaycan üzgüçülük federasiyası (ASF) tərəfindən təşkil olunmuş “Hədəfə doğru” suya tullanma turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, Bakı su idmanı sarayında keçirilmiş yarışda ölkəmizin perspektivli idmançıları öz bacarıqlarını göstəriblər. Bu yarış gənc istedadların üzə çıxması, onların beynəlxalq turnirlərə hazırlığı və ümumi suya tullanma məktəbinin inkişafı baxımından xüsusi önəm daşıyır. Tamaşaçıları həm yüksək ustalıq, həm də dinamika ilə dolu idman şousu izləmiş olub.
İdmançılara mükafatları ASF-nin baş katibi Oqtay Atayev, idman direktoru Pyer Ləfonten, müşavir Rəşad Əbdürəhmanov, suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Anton Melnikov, akrobatika məşqçisi Seymur Cəfərov və yarışın hakimləri Bəxtiyar Ağaxanov ilə Aybəniz Əliyeva təqdim ediblər.
Turnirin nəticələrinə əsasən, yeniyetmələrdən ibarət Azərbaycan komandasının heyəti yenilənəcək.
Maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı iştirakçılar olublar:
9 və daha kiçik yaş (oğlanlar)
9 və daha kiçik yaş (qızlar)
Başlanğıc qrupu (qızlar)
10-14 yaş (oğlanlar)
10-14 yaş (qızlar)
9 və daha kiçik yaş (oğlanlar, 3 metr)
9 və daha kiçik yaş (qızlar, 3 metr)
Başlanğıc qrupu (qızlar, 3 metr)
10-14 yaş (oğlanlar, 3 metr)
10-14 yaş (qızlar, 3 metr)