Svanadze ilə Kunqu mətbuat konfransı keçirməyəcək

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”i ilə Albaniyanın “Laçi” klubu arasında baş tutacaq cavab oyunu öncəsi baş məşqçilərin mətbuat konfransı keçirilməyəcək. Allsport.az xəbər verir ki, reqlamentə əsasən birinci təsnifat mərhələsində klublar mətbuat konfransı keçirməyə məcbur deyillər.

“İnter”lə “Laçi” də bu hüquqdan yararlanmaq qərarına gəliblər. Nəticədə, həm bakılıların çalışdırıcısı Zaur Svanadze, həm də qonaq komandanın baş məşqçisi Armando Kunqu jurnalistlərlə görüşməyəcək. Komandalar sadəcə, oyundan bir gün öncə matçın keçiriləcəyi “İnter Arena”da son məşqə çıxmaqla kifayətlənəcəklər.

Maraq üçün xatırladaq ki, bu klubların çalışdırıcıları Albaniyadakı oyundan öncə də mətbuat qarşısında çıxmamışdı. Həmin görüş 1:1 hesabıyla bitmişdi. Cavab görüşü isə iyulun 9-da baş tutacaq.

Həmin kateqoriyadan