Tərlan Əhmədov: “Neftçi” və “Keşlə”yə qayıtmaram

““Neftçi” və “Keşlə”nin hazırkı rəhbərliyi olduğu müddətdə bu komandalara qayıtmaram”. Allsport.az saytı xəbər verir ki, bunu yerli mütəxəssis Tərlan Əhmədov söyləyib.

2017/18 mövsümündə 1 xalla axırıncı yerdə olan “Neftçi”yə yekunda bürünc medal qazandıran 48 yaşlı baş məşqçi, sonra eyni nəticəni “Keşlə”də də göstərsə də, ordan da haqsız yerə yola salınıb.

“Əgər bir yerdən səni yola salırlarsa, ora dönüşə artıq nöqtə qoymalısan. Mənim də öz həyat prinsiplərim var. Ayrılmağının səbəbi zamanında deyilmədisə, yenidən ora dönmək variantının üstündən birdəfəlik xətt çəkilməlidir”, – Tərlan Əhmədov apasport.az-a deyib.

Həmin kateqoriyadan