- Baxış sayı: 42
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

“Qarabağ”ın azarkeşlər üçün yeni tətbiq istifadəyə verib. Allsport.az saytı xəbər verir ki, bu, İsveçrənin “Blocksport” şirkəti ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.
Bu addım tərəfdarların klubla əlaqələrinə yeni təcrübə gətirəcək. Yeni tətbiq “Qarabağ”sevərlərin virtual şəkildə bir araya gəlməsini, fançatlarda müzakirələr aparmasını, klub haqqında yenilikləri rahat şəkildə əldə etməsini və özəl məzmun yaratmasını təmin edəcək.