- Baxış sayı: 45
- 10 Aprel 2025 17:13
- Baxış sayı: 41
- Aprel 11, 2025
- 0
Ümumdünya taekvondo federasiyasının baş katibi Cankan Sio Bakıda işgüzar səfərdə olub. Allsport.az saytı xəbər verir ki, onun paytaxtımıza gəlişində əsas məqsəd, mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanışlıq və Azərbaycan taekvondo federasiyasının (ATF) rəhbərliyi ilə müzakirələr aparmaq olub.
O, səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Sögbətdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşlərin yekununa əsasən dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın “Büllur saray”da keçirilməsinə qərar verilib.
Mundial ali qurumun 50-illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.