- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
4-9 fevralda İstanbulda taekvondoçuların “Prezident kuboku” keçiriləcək. Allsport.az saytının məlumatına görə, G-2 dərəcəli yarışda millimiz böyük heyətlə təmsil olunacaq.
Baş məşqçi Rza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbəriyi ilə qardaş ölkədə ölkəmizi Səyyad Dadaşov, Rahid Vəliyev, Adil Eyvazov (hər üçü – 54 kq), Qaşım Məhəmmədov, Ruslan Seyidov (hər ikisi – 58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli, Nizami Hacıyev (68 kq), Cavad Ağayev, Eltac Qafarov, Vaqif Hacıyev (74 kq), Əliəskər Əliyev, Nicat İsmayılzadə (80 kq), Taleh Süleymanov (87 kq) və Həmidrza Bədriəliabadi (+87 kq) təmsil edəcəklər. Adı son çəkilən iranlı legionçu komandamızda yenidir.
Hakimlər dəstəsində bizdən Ramal Camalov və Aygül Abdullayev yer alacaqlar.