- Baxış sayı: 61
- 14 Aprel 2025 21:32
- Baxış sayı: 65
- Aprel 23, 2025
- 0
Taekvondoçularımız Moskva qran-prinin final mərhələsinə qatılacaq.
Allsport.az xəbər verir ki, dekabrın 6-da start götürəcək yarışa baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında Cavad Ağayev (68 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) yollanıb. 42 ölkədən 128 idmançının iştirak edəcəyi qran-pri “Dinamo” idman sarayında baş tutacaq.
Dünyanın reytinqli 16 kişi və qadın taekvondoçularının mübarizə aparacağı final mərhələsinin mükafatçıları aktivlərinə müvafiq olaraq 80, 48 və 28.8 reytinq əlavə edəcəklər. Qran-pri iki gün davam edəcək.