Taekvondoçumuz bürüncə yiyələndi

Bosniya və Herseqovinada taekvondo üzrə gənclər arasında keçirilən Avropa 1-ciliyinin ilk günü, komandamızın üzvü medala sahib olub.

Allsport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində oğlanlar arasında mübarizəyə qatılan Pünhan Mürsəlov alman, moldova təmsilçisinə qalib gələrək yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda isə rusiyalı idmançıya məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish