- Baxış sayı: 32
- 29 Mart 2026 10:10
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü millimiz üçün uğurlu olub. 68 kq-da Cavad Ağayev 1/32 finalda taylandlı Ço Çaiçona 2:0 qalib gəlib. Sonra eyni hesabla polşalı Mateuş Şzesnovskini üstələyib.
Avropa çempionumuz 1/8 finalda özbəkistanlı Uluqbəy Rəşidovu gərgin keçən döyüşdə 2:1 məyus edib. O, növbəti qarşılaşmada iordaniyalı Zaid Mustafanı sıradan çıxarıb (2:1).
Yarımfinalda cənubi koreyalı Do Yun Kvona yenilərək, dünya çempionatını bürünc medalla başa vurub. Bu çəkidə yarışın qalibi məhz asiyaı idmançı olub.