- Baxış sayı: 73
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 121
- Noyabr 25, 2024
- 0
“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan kubokunun yarımfinal mərhələsində “İnter”ə qarşı keçirdikləri ilk görüşə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun rəhbəri 4:0 hesablı qələbədən sonra bunu deyib:
“Mən daha hücumameylli futbol gözləyirdim. Bu gün qələbə qazansaq da, lazım olan səviyyədə çıxış etmədik. Hamımız gördük ki, oyunun səviyyəsi yüksək deyildi. Burada gizlədiləsi heç nə yoxdur. Oyunumuzu daha da yaxşılaşdırmalıyıq. “İnter” pis oynamadı. Migelə gəlincə, gördüyünüz kimi, oynayır, qol vurur. Onun əziyyəti bəhrəsini verir”.