- Baxış sayı: 11
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Bu gün “Qarabağ”ın bazasında Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı tədbir keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə klubun vitse-prezidenti Tahir Gözəl futbolçulara faciə haqqda ətraflı məlumat verib:
“Qarabağ barəsində fikir ifadə etmək həmişə çətindir. Bu ad hər zaman tarixin müəyyən dönəmlərində çətin, acılı məqamlarla üzləşib. Bu gün həmin ağır günlərdən biridir. Yaddaşımızı hər zaman yeniləməyə ehtiyac var. Düz 28 il bundan qabaq bəşər tarixinin ən önəmli faciələrindən biri yaşanıb.
Xocalıda, öz evlərində yaşayan 613 məsum, tamamilə günahsız insan qətlə yetirilib. Nə qədər uşaq valideynsiz qalıb. Cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəshinə qətliam törədilib. Bugün o şəhidləri ehtiramla yad edirik. Ailələrinin, xalqın acılarını paylaşıyırıq.
Təsəvvür edin, 100 ailə təmamilə məhv olub. Bu səbəbdən “Qarabağ” Futbol Klubu fərqli missiya daşıyır. “Qarabağ”ın məqsədi bütün dünyaya Xocalı faciəsini, qətliamını, Qarabağın – torpaqlarımızın işğalını bütün dünyaya çatdırmaqda vasitəçilik etməkdir. Tam səmimi deyirəm, əsas məqsədimiz budur.
Bizim məqsədimiz klubun adına xidmət etməkdir. Necə? Klub adına uğurlu futbol oynamaq, uğurlar qazanmaq və təbii ki, klubunun özəl mənəviyyatını sərgiləməklə. “Qarabağ” FK üçün mənəviyyat hər şeydən daha önəmlidir. Mən “Qarabağ”la, bu adı daşımağımızla fəxr edirəm. Düşünürəm ki, biz birliyimizlə, cəsarətimizlə, başarılarımızla, mənəviyyatımızla bu adı daşımağa layiqik.
Biz Qarabağ naminə olan məsuliyyətimizi idrak edirik. Başda klubun prezidenti Abdulbari Gözəlin baxışlarıyla bütünləşən klubumuzun fəlsəfəsiylə qürur duyuruq. Bir daha qeyd edirəm ki, Xocalı faciəsi nəinki Azərbaycanın, eyni zamanda bütün ümumbəşəri faciədir”.