Tale Heydərov qələbə üçün yarım milyon mükafat ayırıb
25 may 2018 / 17:28 Baxış sayı: 1587 “Qəbələ”nin prezidenti Tale Heydərov futbolçuları daha ruhlandırmaq üçün addım atıb. Allsport.az saytı xəbər verir ki, iş adamı komandasına 500 min manat mükafat fondu ayırıb.
“Qırmızı-qaralar” həmin vəsaiti almaq üçün mayın 28-də “Keşlə”ni udub, ölkə kubokunu qazanmalıdır.
Sportinfo.az-in məlumatına görə, puldan əsas heyət üzvlərinin hərəsinə 20 min manat veriləcək. Yerdə qalan vəsait isə məşqçilər, texniki işçilər və klubda çalışanlar arasında bölüşdürüləcək.