- Baxış sayı: 39
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 790
- Mart 30, 2026
- 0

“Hazırlıqlarımız yaxşı gedir. Məşqçilərin tapşırığını düzgün yerinə yetirməyə çalışırıq. Əlimizdən gələni edirik ki, məqsədimizə çataq”.
Allsport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Tallison Dias klubun televiziyasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.
Braziliyalı sol cinah müdafiəçisinin sözlərinə görə, indiki məqamda Bakıda qalıb hazırlıq keçmək daha yaxşıdır: “Bütün komanda buradakı mühitə adaptasiya olunub. Bu, bizim üçün daha faydalı olacaq”.
“Keşlə” ilə yoxlama matçında (4:3) dubl edən Tallison komandaya kömək etdiyi üçün şad olduğunu bildirib: “Sevindirici haldır ki, son oyunda 2 qol vurdum, komandaya köməyim dəydi. Bu cür oyunumuz məşqlərdən irəli gəlir. Orada etdiklərimizi matçlarda təkrarlamağa çalışırıq”.