- Baxış sayı: 18
- 28 Noyabr 2024 14:46
- Baxış sayı: 48
- Noyabr 28, 2024
- 0
“Xəzər” TV-də yayımlanan “Futbol Saatı” verilişinin aparıcısı Sənan Abdullayev sosial şəbəkədə paylaşım edib. Allsport.az saytı xəbər verir ki, milli komandaya Litva ilə yoxlama matçındakı heç-heçəyə görə mükafat verilməsinə toxunan həmkarımız işbazların bostanına daş atıb.
Bakıya gəlməzdən öncə Avro-2020-nin secmə qrupunun ilk görüşündə Lüksemburqa 1:2 uduzan, dünya reytinqində 133-cü yerdə olan bir yığma ilə sülhə bu addımın atılması idman istimaiyyətində birmənalı qarşılanmayıb:
“Qoy Qurban Qurbanov danışmayıb yaxşı oğlan olsun, mən pis. Rəşad Sadıqov çox şeyi sirr saxlasın, mən danışıb nifrət qazanım. Elxan Məmmmədovla Ramin Musayev qardaşlığını qorusun. Amma 3 gün öncə Lüksemburqa uduzan Litva ilə rəzil heç-heçəyə görə verilən 5 000 manat mükafat Azərbaycan bayrağının, gerbinin, formasının, nüfuzunun satış qiymətidi.
Qurban Qurbanovun zamanında bu Litvadan açıq-aşkar güclü olan yığmalarla RƏSMİ oyunlardakı nə ev, nə də səfər qələbə və heç-heçəsinə görə pul verilib. Hə, deyirlər qrupdan çıxmağa görə böyük məbləğ vəd verilibmiş. Ancaq futbolçu “tayfa”sı bir daha sübut etdi ki, onlar üçün vətən-filan nağd “vəd”dən nə qədər geridədi. Deyirlər Nəzərov elə Qurbanovun zamanında Elxan Məmmədovu “premiya” üstündə divara dirəyibmiş ki, indi verəcəksən.
Təəssüf ki, bu məhvetmə üsulu birinci dəfə deyil.Sadıq Sadıqovlu “Neftçi”nin son ilində yaşananları unutmamışıq. Məhz AFFA-dakı maraqlı şəxslər kluba çatacaq pulu gecikdirməklə Nəzərovun komandadakı analoqlarının problem yaratmasına, ən yaxşı halda “ruhsuz” meydana çıxmasına nail olmaq istəyirdilər, gec-tez oldular da. Nəticədə Sadıqov və komandası klubdan, sonradan isə eyni üsulla Qurbanov yığmadan göndərildi”.