- Baxış sayı: 29
- 15 Dekabr 2025 23:17
- Baxış sayı: 84
- Dekabr 15, 2025
- 0

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları turnirin iki ən titullu klubunun məğlubiyyəti ilə əlamətdar olub. Allsport.az xəbər verir ki, “Qarabağ” “Araz-Naxçıvan”a səfərdə 0:1, “Neftçi” evdə “Sabah”a 1:2 hesabı ilə uduzub.
Bu, ölkə kuboku tarixində 2-ci belə hadisədir. Əvvəlki mövsümlərdə yalnız bir dəfə “Qarabağ” da, “Neftçi” də yarımfinala məğlubiyyətlə başlayıb.
2003/04 mövsümündə yarımfinalın ilk matçında bakılılar səfərdə “Bakılı”ya 0:1, “Qarabağ” isə evdə “Şəmkir”ə 1:2 hesabı ilə uduzub. 21 il sonra da meydan sahibləri 1:2, qonaqlar 0:1 hesabına üzülüblər. Həmin vaxt “ağ-qaralar” paytaxt derbisində mərhələ adlayıb və sonda kuboku qazanıb.
“Neftçi” 21-ci, “Qarabağ” 20-ci dəfə yarımfinaldadır.