Toğrul Əsgərov: Qızıl medalı əldən verdiyim üçün heyfsilənirəm

Ardıcıl 2-ci olimpiadada Vətənə medal qazandıran sərbəst güləşçi Toğrul Əsgərov (65 kq) final görüşündən razı qalmayıb. Allsport.az sayı xəbər verir ki, be dəfə gümüş mükafata yetişən bahadırımız London-2012-də zəfərin davamını gətirmək istəyib:

“Əlbəttə, yenə fərqləndiyimə görə sevinirəm. Olimpiadalar dörd ildə bir dəfə olur və bu yarışlardan medalla qayıtmaq uğur sayılmalıdır. Çox istəyirdim ki, qızıl medal qazanım. Yarımfinaldakı görüşüm çox ağır keçsə də, qalib gəlmişdim, finala da köklənmişdim.

Görüşün əvvəlində rəqibin, bilmirəm, ya başı, ya çiyni almacıq sümüyümə dəydi. Bir an içində gözüm qaraldı, heç nəyi görmürdüm, heç nəyi hiss etmirdim. Sırf təsadüf nəticəsində bu talesizliyi yaşadım. Özümə gələndə artıq gec idi”.

Həmin kateqoriyadan