- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, Rio-2016-da ölkəmizi sərbəst güləşdə təmsil edən Toğrul Əsgərov (65 kq) son rəqabət günü Azərbaycanın hesabına daha bir medal yazdırıb. Allsport.az saytı xəbər verir ki, Region TV əməkdaşları bu il də final görüşünü bahadırın ailəsi ilə birgə izləyib. Onun qızıl medal uğrundakı qarşılaşması həyacanlı anlarla yadda qalıb. Həlledici görüşdən sonra idmançının ailə üzvləri fikirlərini bölüşüb.
Toğrul Əsgərovun anası İnarə Hüseynova: “Mən hamıya təşəkkürümü bildirirəm. Toğrul hamının adını qaldırdı. Prezidentimiz də, icra başçımız da ona dəstək oldu. Mən bir ana kimi oğlumla fəxr edirəm”.
Toğrul Əsgərovun dayısı İlkin Hüseynov: “Toğrul Əsgərov 2012-ci ildə 19 yaşında 0limpiya çempionu olub, Avropa oyunlarının qalibi adını qazanıb. Bu olimpiadada az qalmışdı ki, çempion olsun. Bu, güləşdir, hər şey olur. Gümüş medal da böyük nailiyyətdir”.
Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov da güləşçinin ailəsi ilə bərabər finalı izləyənlər arasında yer alıb. Mütəxəssis yetirməsinin çıxışını belə dəyərləndirib: “Sevindici haldır ki, Toğrul finala vəsiqə əldə etdi. Bu gəncəliləri, Azərbaycan xalqını, prezidentimizi çox sevindirdi. Toğrul birinci yerə də çıxa bilərdi. Lakin elə oldu ki, rəqibi ondan güclü oldu. Toğrul gümüş medal qazandı”.