- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0
Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – Düsseldorf “Fortuna”sı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Nurnberq”lə qarşlaşıb. Görüş ev sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ərat matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Fortuna” hazırda 32 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.