- Baxış sayı: 208
- 19 Mart 2026 23:59
- Baxış sayı: 208
- Mart 19, 2026
- 0

Sərbəst güləş üzrə 2-qat olimpiya çempionu Abdulraşid Sadullayev aldığı mükafatın məbləği bəlli olub. Allsport.az saytı xəbər verir ki, Tokio-2020-də 97 kq-da ilk görüşdə Azərbaycan bahadırı Şərif Şərifova qalib gələrək, sonda qalib adını qazanan dağıstanlı, 1 milyon dollara yiyələnib.
“Çarodin rayonundan olan həmyerlim, dövlət dumasının deputatı Məhəmməd Hacıyevə təşəkkürü bildirirəm. O, Tokio olimpiadasında uğurlu çıxışıma görə məni 1 milyon dollarla mükafatlandırdı.
Məşqçim Şamil Ömərov da diqqətdən kənar qalmadı. Biz, yüksək səviyyəmizi saxlamağa və azarkeşlərimizi yeni qələbələrlə sevindirməyə çalışacağıq”.