Tokio paralimpiadasında uğur qazanan növbəti para-cüdo komandası Vətənə dönüb

Tokio-2020 paralimpiadasında iştirak edən Azərbaycan komandasının daha bir neçə üzvü Bakıya qayıdıb. Allsport.az saytı xəbər verir ki, bununla bağlı milli paralimpiya komitəsi, Bakı şəhər gənclər və idman baş idarəsi, Azərbaycan cüdo federasiyası və “Neftçi idman klubu” qarşılama mərasimi təşkil edib.

Qızıl medal qazanan paracüdoçular Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq), Hüseyn Rəhimli (81 kq), Sevda Vəliyeva (52 kq), bürünc medalçı İlham Zəkiyev (+100 kq) və diğər iştirakçıları Heydər Əliyev beynəlxalq hava limanında idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların yaxınları qarşılayıblar.

Öncə Tokio paralimpiadasında uğur qazanan digər cüdoçularımız da Bakıya dönüb.

Həmin kateqoriyadan