- Baxış sayı: 36
- 09 Fevral 2026 23:39
- Baxış sayı: 168
- Fevral 09, 2026
- 0

“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali yayda “Mançester Yunayted”ə keçə bilər.
Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı italiyalı futbolçunu komandadan ayrılacağını artıq rəsmən açıqlayan Kazemironun əsas əvəzedicisi kimi görürlər.
“Nyukasl” bu transfer üçün 100 milyon funt-sterlinq tələb edir. Tonali özü isə növbəti mövsümdə çempionlar liqasında oynamaq niyyətindədir ki, bu da hazırda turnir cədvəlinin ortalarında qərarlaşan “sağsağanlar” üçün ciddi problemə çevrilə bilər.