- Baxış sayı: 32
- 18 Mart 2026 13:27
- Baxış sayı: 293
- Mart 16, 2026
- 0

PSJ-nin baş məşqçisi Luis Enrike çempionlar liqasının 1/8 final mərhələsinin cavab oyununda “Çelsi” üzərində qazanılan qələbəni (3:0) şərh edib.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunu deyib:
“PSJ bu gün oyun boyu yüksək səviyyəli performans nümayiş etdirdi. Cavab görüşü fərqli alındı. Biz əks-hücumlarda çox dəqiq oynadıq və intriqanı öldürən iki qol vurduq”.
Enrike belə oyunlarda nəzarəti əldə saxlamağın çətinliyini vurğulayıb: “”Çelsi” sürətli qol vurmağa çalışan mükəmməl komandadır. Topa nəzarət etmək həmişə asan olmur, lakin biz bunu yaxşı bacardıq və əla əks-hücumlar təşkil etdik. Bu birlik bizim uğurumuzun açarı oldu. PSJ möhtəşəm oyun göstərdi və qələbəyə layiq idi”.
İlk matçda da 5:2 hesabı ilə qalib gələn PSJ iki oyunun nəticəsinə görə 1/4 finala yüksəlib. Paris təmsilçisi bu mərhələdə “Qalatasaray” – “Liverpul” cütünün (ilk oyun – 1:0) qalibi ilə qarşılaşacaq.