- Baxış sayı: 30
- 30 Dekabr 2024 19:37
- Baxış sayı: 37
- Dekabr 29, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, AFFA-nın hakimlər komitəsinin sədri Frank de Bleker premyer liqanın 8-ci turunda “Neftçi” – “Sumqayıt” oyununda mübahisəli epizodlara şərh edib:
55-ci dəqiqədəki epizod: “Neftçi” komandasının 11 nömrəli oyunçusu (Kilan Lebon) meydanın özlərinə aid hissəsində “Sumqayıt” komandasının 19 nömrəli oyunçusunun (Roi Kehat) formasını tutur. Tutma anında “Sumqayıt”ın futbolçusu “Neftçi”nin 3 oyunçusunun əhatəsindədir.
Nəticə olaraq perspektivli hücum dayandırılmır və sarı vərəqə verilməməlidir. Əgər “Neftçi”nin oyunçuları yaxınlıqda olmasaydı, hakimin qərarı fərqli olardı və sarı vərəqə gözlənilirdi. Çünki bu halda perspektivli hücumun dayandırılması müzakirəsi aparıla bilərdi.
63-cü dəqiqədəki epizod: Bu situasiyada cərimə meydançasının içində “Neftçi” komandasının 44 nömrəli oyunçusu (Yuri Matias) ilk olaraq topa toxunur. Onun təbii hərəkəti nəticəsində “Sumqayıt”ın 19 nömrəli hücumçusu (Roi Kehat) ilə (futbol təması) yüngül kontakt yaranır və hücumçunu yıxır.
Çox önəmli texniki kriteriya, müdafiəçinin ilk olaraq topa toxunmasıdır. Bu səbəbdən də, hakimin qərarı doğrudur. Topla əlaqə olmasaydı, bu situasiya fərqli qərarla nəticələnərdi.