- Baxış sayı: 95
- 15 Mart 2026 22:30
- Baxış sayı: 258
- Mart 13, 2026
- 0

“Tottenhem”in müdafiəçisi Pedro Porro zədə səbəbindən yaşıl meydanlardan kənarda qalacaq.
Allsport.az xəbər verir ki, 26 yaşlı ispaniyalı futbolçu dizaltı vətərindən zədə alıb və onun bərpa müddəti təxminən dörd həftə çəkəcək.
Porro çempionlar liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçiriləcək “Ayntraxt”la həlledici matçı buraxmalı olacaq.
Pedro Porro bu mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.