FOTO
Rövnəq Abdullayev Tovuzda futbol akademiyasının açılışını edib

Bu gün “Turan Tovuz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılış olub. Allsport.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional futbol federasiyasının prezidenti Nadir Nəbiyev və “Turan Tovuz” klubunun idarə heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər.

Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb. Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.

AFFA-nın icraiyyə komitəsinin 4 mart 2019-cu il tarixində keçirilən iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində futbol akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub.

Həmin kateqoriyadan