- Baxış sayı: 25
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Fanatlar ölkə başçısına və AFFA prezidentinə etiraz məktubu ünvanladılar
Elxan Məmmədovun 1 gün öncə ölkə mətbuatına verdiyi açıqlama tovuzlu azarkeşləri olduqca hiddətləndirib. Allsport.az saytı xəbər verir ki, baş katibin “Turan”ı ləkələdiyini bildiriən fanatlar şəhər stadionunun qarşısında aksiya da keçiriblər.
AFFA başbiləninin “Turan” – “Neftçi” oyunu haqda danışması və onun açıq şəkildə ev sahibi komandanı oyun satmaqda günahlandırmasının məntiqsiz olduğunu qeyd edən azarkeşlər “əgər belədirsə, “Neftçi” niyə çempionatda iştirak edir?”, “əgər bu sübüt olunubsa, niyə cinayətkarlar cəzasız qalıblar?”, “Elxan Məmmədov başçılıq etdiyi qurumdakı dediyi kimi oyun alveri varsa və o, bunun qarşısını ala bilmirsə, utanmadan açıq şəkildə etiraf edirsə,bəs onda o nəyə lazımdır?” kimi suallar ünvanlayıblar.
“Futbolun inkişafına çalışmadansa milli komandlara lazımsız türk, dağıstanlıları doldurmaq, Premyer Liqanı 9 komanda ilə keçirmək, oyun alverini bilə-bilə cəzasız qoymağın özü elə əsl cinayətdir” deyən fanatlar, yerli televiziya kanalını da aksiyaya dəvət ediblər.
Kanala danışan fəal azarkeşlər, iş görməkdənsə boş-boş danışan baş katibin “Turan” və “Neftçi” azarkeşlərinə qara yaxdığını və içtimaiyyət qarşısında onlardan rəsmi şəkildə üzr istəmələrini tələb ediblər. Sonda azarkşelər ölkə başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, AFFA prezidenti Rövnəq Abdullayevə, Milli Məclisə eləcə də tovuzlu deputatlara rəsmi şəkildə etiraz məktubu ünvanlayıblar.