- Baxış sayı: 35
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 131
- Noyabr 25, 2024
- 0
Rusiyanın “Zenit” klubunun keçmiş futbolçusu Ramil Şeydayev Türkiyənin “Trabzonspor” klubuna keçib. Allsport.az saytı xəbər verir ki, artıq o, yeni qara dənizlilrlə müqavilə imzalayıb. Klub saytının yaydığı məlumata görə, tibbi müayinədən uğurla keçən Azərbaycan əsilli futbolçu, sonra komandanın Slovakiyadakı təlim-məşq toplanışına yollanıb.
Bu arada Şeydayev Rusiya vətəndaşlığından imtina edib, Azərbaycan millisində oynamaq üçün AFFA ilə danışıq apardığına dair xəbərlərə münasibət bildirib. Azerisport.az açıqlamasında o, bunu nə təkzib, nə də təsdiq edib: “Hələ bu barədə danışmaq istəmirəm. Heç nə danışmayacağam. Hər şey dəqiqləşəndən sonra danışarıq”.