- Baxış sayı: 118
- 04 Aprel 2025 21:27
- Baxış sayı: 38
- Aprel 11, 2025
- 0
İran çempionatında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi”, “Malavan” və “Göstəriş” klubları da növbəti matçına çıxıb.
“Traktorçular” doğma meydanda “Saypa” ilə qarşılaşıblar və 2:0 hesabıyla qalib gəliblər. Təbrizin elitadakı digər klubu – “Göstəriş” isə səfərdə “Zobahan”la qolsuz heç-heçəyə razılaşıb.
Cənubi Azərbaycanı İran çempionatında təmsil edən Ənzəlinin “Malavan” komandası da turu 1 xalla bitirib. Bu komanda isə evdə “Sepahan”la qolsuz heç-heçə edib.
Bu nəticələrdən sonra “Traktorsazi” 16 klub arasında 13 xalla 6-cıdır. Maraqlıdır ki, “Göstəriş”lə “Malavan” da Cənubi Azərbaycanın digər təmsilçisi kimi 13 xal toplayıb. Amma “Malavan” 8-ci, “Göstəriş” 9-cu pillədə qərarlaşıb.