Təbrizdə “Traktor” – “Persepolis” oyunu yarımçıq qaldı

İran premyer-liqasının 28-ci turunda “Traktor” – “Persepolis” oyunu yarımçıq dayandırılıb. Allsport.az saytı xəbər verir ki, matçın 2-ci hissəsində yerli tərəfdarlar meydana daş atıb.

Qonaq komandanın futbolçusu Ümid Əlişah onu yerdən götürüb qarşı tərəfə tullayıb. Bundan sonra, hər 2 komandanın futbolçuları arasında dava düşüb.

Polis azarkeşlərin meydana daxil olmasının qarşısını alıb. Oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırlıb.

Pandemiyadan sonra ilk dəfə son görüşdə “Traktor”un 70 minlik “Yadigar” stadionu tam dolub. “Al qurdlar” 25 xalla 16 klub arasında 13-cü pillədədir.

Həmin kateqoriyadan