Təbriz klubu türkiyəli mütəxəssisə tapşırıldı

Təbriz klubu türkiyəli mütəxəssisə tapşırıldı

Təbrizin “Traktor” klubunun yeni baş məşqçisi bilinib. Allsport.az saytı xəbər verir ki, “al qurdları” Ərtoğrul Sağlam çalışdıracaq.

Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb. Türkiyəli xoca 2018-ci ildə də “Traktoru”un baş məşqçisi olub.

“Qırmızılar” 18 turdan sonra 14 xalla 16 komanda arasında 13-cü pillədədir.

Həmin kateqoriyadan