Xayme Romero bu dəfə Quzeyə deyil, Güney Azərbaycana üz tutdu

Allsport.az saytı xəbər verir ki, bir müddət öncə “Qarabağ”dan ayrılan Xayme Romero, yenidən Azərbaycana dönüb. Amma bu dəfə Quzeyə deyil, Güneyə. İspaniyalı yarımmüdafiəçi Təbrizin “Traktor” klubu ilə anlaşıb.

Onun son klubu “Kartaxena” olub. Müxtəlif illərdə “Albasete”, “Osasuna”, “Qranada”, “Real Madrid B”, “Saraqosa”, İtaliyanın “Udineze”, “Bari” və Türkiyənin “Orduspor” komandalarında çıxış edib. Azərbaycanda 2019-cu ilin yayından 2022-ci ilin iyuluna qədər 69 oyunda 14 qol vurub, 16 məhsuldar ötürməsi verib.

Həmin kateqoriyadan