- Baxış sayı: 100
- 09 Oktyabr 2024 18:45
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Transform Avropa Mükafatı gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimova təqdim edilib. Allsport.az xəbər verir ki, mərasimdə çıxış edən A.Rəhimov qeyd edib ki, ilk Avropa Oyunlarının keçirilməsinə 50 gün qalmış dünyanın nüfuzlu təşkilatından gələn bu mükafat Azərbaycan üçün ən gözəl hədiyyədir.
A.Rəhimov hər kəsi mükafatın verilməsi münasibətilə təbrik edərək qeyd edib ki, bundan sonra da işlər sürətlə davam etdiriləcək: “Gəlin bizə verilən bu imkandan istifadə edək və tarixdə ən gözəl Oyunları biz keçirək”.
Bakı-2015 Avropa Oyunları və dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti London-Breveridə keçirilən mötəbər “2015 Transform Avropa Mükafatı”nın vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazanıb.
“Transform” mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdır.
Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici Bakı-2015 brendi Birinci Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlıqlarının üzərində əks olunur.
Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hssələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdır.
Brendin görünüşü, daha öncə London-2012 Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirən məşhur “SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb.
Oyunlara geri sayımın son mərhələdə olduğu müddətdə Bakı-2015 brendi ev sahibi şəhərin müxtəlif küçələrində elan və reklam lövhələrində əks etdirilir, eləcə də Birinci Avropa Oyunlarının möhtəşəm məşəl və çırağının önəmli hissəsini formalaşdırır.