- Baxış sayı: 23
- 12 Mart 2026 20:30
- Baxış sayı: 374
- Mart 12, 2026
- 0

“Nottingem Forest”in sabiq baş məşqçisi Şon Dayç “Tottenhem”də İqor Tüdoru əvəzləmək üçün ən əsas namizəd hesab olunur.
Allsport.az xəbər verir ki, Tüdorun təyinatından sonra komandanın ardıcıl 4 məğlubiyyət alması və turnir cədvəlində aşağı pillələrə yuvarlanması rəhbərliyi hərəkətə keçməyə məcbur edib.
Hazırda London komandası premyer liqada enmə zonasından cəmi 1 xal uzaqlıqdadır. Bundan əlavə, çempionlar liqasının 1/8 finalında “Atletiko Madrid”ə 2:5 hesablı ağır məğlubiyyət vəziyyəti daha da gərginləşdirib. Baxmayaraq ki, klub rəhbərliyi bu bazar günü “Liverpul”la oyunda Tüdorun sükan arxasında qalmasına icazə verib, mümkün uğursuzluq halında onun dərhal qovulacağı gözlənilir.
Şon Dayç bu mövsüm “Nottingem Forest”də cəmi 114 gün çalışdıqdan sonra istefaya göndərilib. Buna baxmayaraq, onun premyer liqada qalma mübarizələrindəki zəngin təcrübəsi (“Börnli” və “Everton” dövrləri) “Tottenhem” rəhbərliyi üçün onu böhranlı vəziyyətdən çıxış yolu kimi cəlbedici edir.