“Turan”dan “Turan Tovuz”a qədər: 64-cü əcnəbi baş məşqçi 

Premyer liqasının 2024/25 mövsümünün ilk turu daha bir əcnəbi baş məşqçinin debütü ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Qurban Berdıyev “Turan Tovuz”un sükanı arxasında debüt edib.

Rusiyalı mütəxəssisin komandası “Neftçi” ilə səfər matçında 1 xal qazanıb 0:0). O, Azərbaycan çempionatları tarixinə 64-cü gəlmə baş məşqçi kimi düşüb.

Berdıyev “Turan Tovuz”un tarixinə ilk qeyri-yerli çalışdırıcı kimi düşüb. Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi isə Tovuzun digər təmsilçisi “Turan”a rəhbərlik edib. 2001/02 mövsümündə Naci Şensoy qərblilərin sükanı arxasında olub.

Həmin kateqoriyadan