Türk dövlətlərinin xizək kuboku

Türk dövlətləri təşkilatın dəstəyi və türkdilli dövlətlərin xizək kurortları ittifaqının birgə təşəbbüsü ilə Türk dövlətlərinin xizək kuboku təşkil olunub.

Allsport.az xəbər verir ki, Türkiyənin Uludağ dağ kurortunda keçirilən yarışda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan 100-ə yaxın xizək həskarı iştirak edib.

Sayca 2-ci dəfə təşkil olunan kubokda əvvəlcədən qeydiyyatdan keçən 18-25, 26-45, 46+ yaş kategoriyasında kişi və qadın idmançılar xizək idmanının “Nəhəng Slalom” növündə birincilik uğrunda mübarizə aparıblar.

Gərgin keçən yarışda 18-25 yaş kateqoriyasında qızlar arasında Sıla Qara (Türkiyə), oğlanlar arasında isə Aleksandr Cvetkov (Kazaxıstsan) birinci yerə layiq görülüb. 2-ci yerin sahibi isə Mahmud Qazanc (Türkiyə) olub. Məhəmmədəli Asanov 3-cü yerdə qərarlaşıblar.

26-45 yaş kateqoriyasında qızlar arasında Nataliya Lapşina (Qazaxıstan) birinci, Elvira Zakarayeva (Azərbaycan) ikinci, Buse Tərim (Türkiyə) üçüncü olub. Oğlanlar arasında isə Ceyhun Balamətov (Azərbaycan) 1-ci, Mətəxan Daşdəmir (Türkiyə) ikinci, Talıb Güllə (Türkiyə) üçüncü yeri tutub.

46+ yaş kateqoriyasında Əli Ağgül (Türkiyə) ali kürsüdə ilk yerdə qərarlaşıb. 2-ci və 3-cü yerləri isə Kamil Şar (Türkiyə) və Ömər Saraçər (Türkiyə) bölüşüblər.

Yarışın yekununda qaliblər kubok və medallarla təltif olunub, iştirakçılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
Türk dövlətlərinin xizək kubokunun keçirilməsinin əsas məqsədi türk xalqları arasında qiş idman növləri sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirmək, birgə yarışların keçirilməsini təşviq etmək və xizək idman növünü təbliğ etməkdir.

Xizək kubokunun keçirilməsinə Qazaxıstan və Türkiyə öz namizədliyini irəli sürüb.

Həmin kateqoriyadan