- Baxış sayı: 58
- 06 Noyabr 2026 17:09
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Şanxay Draqons”un hücumçusu Nikita Popuqayev Çin klubu ilə müqavilə müddətini bir il artırıb.
Allsport.az xəbər verir ki, 27 yaşlı forvard üçün 2025/2026-cı illər mövsümü KHL karyerasının ən uğurlu ili olub. O, keçirdiyi 52 matçda 25 xal toplamağı bacarıb. Popuqayev ötən ilin yayında “Lada”dan ayrıldıqdan sonra “əjdahalar”ın heyətinə qoşulub.
“Şanxay Draqons” cari mövsümdə pley-offa yüksəlmək imkanını vaxtından əvvəl itirib.