- Baxış sayı: 91
- 03 Dekabr 2025 19:56

- Baxış sayı: 157
- Dekabr 19, 2025
- 0


Yeniyetmə badmintonçularımız İstanbulda beynəlxalq turnirdə 2 kateqoriyada bürünc medal qazanıblar.
Allsport.az saytı xəbər verir ki, oğlan komandamız Türkiyə, Serbiya, Fransa, Bolqarıstan, İngiltərə, Albaniyanı təmsil edən U-17 qoşa proqramda 3-cü yer tutublar. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Ülvi Hüseynov – Əmirxan İmanov cütü ardıcıl 3 qələbə sayəsində yarımfinala yüksəliblər.
13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında Ömər Teymurlu Bolqarıstan təmsilçisi Kalina Koseva ilə birgə müvafiq kateqoriyada ardıcıl olaraq 3 qələbə qazanaraq, turnirin yarımfinalına kimi irəliləyib.