Türkiyə millisinin yeni baş məşqçisi etiraf etdi

Türkiyə millisinin yeni baş məşqçisi Ştefan Kuntz Almaniya mətbuatına müsahibəsində Norveç matçına hazırlıq və TFF prezidenti Nihat Özdəmirlə söhbətindən danışıb. 
Allsport.az xəbər verir ki, Almaniyanın Frankfurt şəhərindəki Oberursel-Taunus yaxınlığındakı bir oteldə “Kicker” jurnalına müsahibə verən Kuntz belə deyib:

“Türklər çempionatına qatılmaq üçün son şanslarını istifadə etmək istəyirlər. Nə imkan varsa, yararlanmağa çalışacağıq. Norveçlə matçdan 4 gün əvvəl bir araya gəlib hazırlığa başlayacaq, planlarımızı həyata keçirmək üçün taktiki məşqlər edəcəyik. 

Xoşbəxtlikdən uzun müddətli bir razılaşmamız var. TFF prezidenti Nihat Özdəmir səbrdən danışdı və dünya kuboku olmayacağı təqdirdə, Avropa çempionatı üçün yeni və daha gənc bir komanda quracağımızı bildirdi”.

Bu həftə ictimaiyyətə təqdim olunan Ştefan Kuntzla Türkiyə millisi arasında 3 illik müqavilə imzalanıb.

Həmin kateqoriyadan