- Baxış sayı: 51
- 22 Dekabr 2024 21:44
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Qadın voleybolçuların Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə final oyununda Türkiyə və Serbiya milliləri qarşılaşıblar.
Gərgin keçən matçın taleyi 5 setdə həll olunub. Oyunun gedişində 2 dəfə hesabda geri düşən “ay-ulduzlular”, yekunda tay-brekdə qalib gəlib – 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13).
Bununla da Türkiyə yığması tarixində ilk dəfə Avropa çempionu adını qazanıb. 2003 və 2019-cu illərdə finalda uduzan qardaş ölkənin komandası, bu dəfə sevinə bilib.