- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 55
- Dekabr 05, 2025
- 0

Türkiyə superliqasında yeni rekord qeydə alınıb. Allsport.az xəbər verir ki, çempionatın tarixində ən erkən qol vurulub. Bu, “Qaziantəp” – “Başağşəhər” matçında gerçəkləşib.
Meydan sahiblərinin hücumçusu Məhəmməd Dəmir 10-cu saniyədə topu rəqib qapısından keçirib.
Bu göstəricidə rekord “Dənizlispor”un trinidad və tobaqolu sabiq hücumçusu Derril Robertsə məxsus idi. O, 2008/2009 mövsümündə “Əskişəhəspor”la matçın 12-ci saniyəsində qol vurmuşdu.