Türkiyə – Xorvatiya matçında dəhşətli anlar: Qorxmaz xəstəxanaya yerləşdirildi

Türkiyə və Xorvatiya gəncləri arasındakı oyunda məşqçi Əgəmən Qorxmazın başından aldığı zədə hər kəsi qorxudub.

Allsport.az xəbər verir ki, hakimə etiraz edərkən yıxılan və huşunu itirən Qorxmaz dərhal xəstəxanaya çatdırılıb. Hadisə səbəbindən 32-ci dəqiqədə dayandırılan matç zamanı xorvatlar 1:0 öndə olub.

TFF məşqçinin artıq huşunun özündə olduğunu və müalicəsinin davam etdiyini açıqlayıb.

Həmin kateqoriyadan